Beşmərtəbəli yaşayış binası uçdu
27 Sentyabr 2013 10:27 (UTC+04:00)
Hindistanın Mumbai şəhərində beşmərtəbəli yaşayış binası uçub.
Hadisə səhər saatlarında baş verib. Dağıntılar altında nə qədər adamın qaldığı bilinmir.
Qeyd edək ki, bu, 2013-cü ildə Mumbaidə baş verən ilk bina uçması deyil. Apreldə yeddimərtəbəli binanın uçması nəticəsində 74 nəfər, iyunda üçmərtəbəli binanın uçması nəticəsində 10 nəfər həlak olub.(apa)
AzNews.az