Rusiyada fövqəladə vəziyyət - Aviareyslər təxirə düşdü

27 İyul 2012 10:54 (UTC+04:00)
Rusiyanın Krasnoyarsk diyarında meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bölgədə meşə yanğınlarının sahəsi son sutkada 445 hektar artaraq, 7000 hektara çatıb.
Yanğınla mübarizəyə 830 yanğınsöndürən və 110-dan çox texnika cəlb edilib. Sakinlər tüstüdən nəfəs ala bilmir.Tüstü Omsk, Kemerovo, Novosibirsk və Tomsk şəhərlərinin də üzərinə çöküb.
Krasnoyarskdakı yanğınlar buradakı yaşayış məntəqələri üçün təhlükə törətməsə də, havada zərərli maddələrin konsentrasiyası normanı ötüb. Tüstü yollarda hərəkəti xeyli çətinləşdirib. Tomskda tüstü bir neçə aviareysin təxirə salınmasına səbəb olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Krasnoyarsk və qonşu şəhərlərdə meşə yanğınlarına ildırım və ölkə üzrə meşəbəyilərinin ixtisara salınması səbəb olub.

AnNews.az