Dünən Kuba lideri Raul Kastro gözlənilməz bəyanatla
çıxış edib. Aznews.az CNN -ə istinadən məlumat verir ki, Raul Kastro Monkrat
kazarmasının tutulmasının 59-cu ildönümünə həsr olunmuş çıxışında qeyd edib
ki, Kuba ABŞ -la diplomatik əlaqələri bərpa etməyə hazırdır.
Siyasi
araşdırmaçılar Kuba liderinin bu bəyanatını onun 2009-cul ildə Venesuelada
verdiyi bəyanatının məntiqi nəticəsi kimi şərh ediblər.
Xatırladaq ki, Raul Kastro 2009 –cu ildə
Venesuelaya rəsmi səfəri əsnasında Kubanın ABŞ –la dialoqa hazır olduğunu
bildirmişdi.