5 uşaq atası özünü güllələdi

1 Avqust 2012 08:23 (UTC+04:00)

Azərbaycanın İsmayıllı rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Rayon Prokurorluğundan
bildirilib. Hadisə rayonun Lahıc kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il
təvəllüdlü İsa Heydər oğlu Hüseynov ov tüfəngindən atəş açaraq özünü öldürüb. Mərhumun
özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Onun 5 uşaq atası olduğu
bildirilir.


AzNews.az