MTV dünya ulduzlarını qarşı-qarşıya gətirdi!

2 Avqust 2012 11:25 (UTC+04:00)

2012 MTV Video Musiqi Mükafatlarının namizədləri müəyyən oldu. Rihanna və Drake, bəşər sahəsində mükafata namizəd göstərilərkən keçən il 3 mükafat qazanan Katy Perry, 4 sahədə mükafat üçün yarışacaq. Rihannanın həm "We Found Love" adlı mahnısı, həm də Drake ilə düet etdiyi "Take Care" mahnısı, ilin ən yaxşı videosu mükafatına namizəd oldu. İlin ən yaxşı videosu mükafatı üçün digər namizədlər, Katy Perrynin "Wide Awake", Gotyenin "Somebody That I Used To Know" və MİA-nın "Bad Girls" mahnıları olaraq sıralandı. Ən Yaxşı Qadın Müğənni Mükafatına Beyonce, Rihanna, Katy Perry, Nicki Minaj və Selena Gomez namizəd göstərilərkən, Ən Yaxşı Kişi Müğənni mükafatına isə Chris Brown, Drake, Frank Ocean, Justin Bieber və Usher namizəd oldu. The Black Keys, Coldplay, Imagine Dragons, Jack White və Linkin Park, Ən Yaxşı Rok Videosu Mükafatı üçün yarışacaq. 6 Sentyabrda Los Angelesdə ediləcək mükafat mərasiminə İlin Ən Yaxşı Videosu mükafatını 4 dəfə qazanan Alicia Keys və" One Direction "da qatılacaq.

Əminə

AzNews.az