Quş oğrusu tutuldu

2 Avqust 2012 12:17 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-nə keçən gecə şəhər sakini Fədai Gözəlova məxsus 41 ədəd ev quşu həyətindən oğurlayan Tərtər rayon sakini Vüsal Budaqov tutulub. Faktla bağlı araşdırma aparılır.


Mirvari Nəcəf

AzNews.az