Yayın ən çox qazanan müğənnisi

2 Avqust 2012 15:08 (UTC+04:00)

Tarkan 28,29,31 avqust və 1 sentyabr tarixlərində İstanbulda 4 konsert verəcək. Hər konsertə görə təxminən 300 min türk lirəsi alacaq. AzNews.az-ın Türkiyə mətbuatına verdiyi məlumata görə, o, cəmi 1.2 milyon turk lirəsi qazanacaq. Konsertin səhnə dekorasiyası üçün 1 milyon turk lirəsi xərclənəcəyi təxmin edilir. Tarkan bu pul ilə yayın ən çox qazanan müğənnisi olacaq.

Səadət Abbaslı

AzNews.az