AKP daxilində gərginlik: Ərdoğan, yoxsa Gül?

2 Avqust 2012 17:07 (UTC+04:00)


Rusiyanın qabaqcıl KİV-dən olan "Kommersant" qəzeti Türkiyədə 2014-ci ildə keçiriləcək prezident seçkilərinə indidən geniş yer ayırıb. AzNews.az xəbər verir ki, qəzetdə prezident seçkilərinin Rusiya variantı ilə həll olunacaq: Rəcəb Tayyib Ərdoğan prezident, Abdullah Gül isə baş nazir postuna yiyələnəcək. Qəzet yazır ki, məhs bu məsələylə bağlı AKP daxilində 10 ildən bu yana ilk dəfə olaraq fikir ayrılığı yaranıb: "Ədalət və İnkişaf Partiyası 2014-cü il seçkiləri üçün xüsusi proqram hazırlanmışdı. Bu proqramın tərkib hissəsi kimi Konstitusiyaya dəyişikliklər edildi ki, Abdullah Gül ikinci dəfə də prezident seçilsin. Üstəlik, bu yaxınlarda spiker Əhməd Sevər "2014 seçkilərində Gül namizəd olacaq" bəyanatını verdi və bununla hökumətin mövqeyini ortaya qoydu. Amma deyəsən məsələlərdə müəyyən dəyişikliklər olub. Çünki sipikerin bu açıqlamadan sonra AKP sədrinin müavini Hüseyn Çelik iqtidar partiyasının prezident seçkilərində indiki baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyəcəyini bildirdi". Qəzet Rusiya Elmlər Akademiyasının Yaxın Şərq və Afrika üzrə mütəxəssisi Natalya Ulçenkonun da Türkiyə ilə bağlı proqnozlarını çap edib. Mütəxəssis "Ərdoğan prezident, Gül Baş nazir olacaq"deyib. O, 2014-ci ildə hazırlanmaqda olan yeni Konstitusiyanın da qüvvəyə minəcəyini, bununla da Türkiyə parlament sistemindən prezident sisteminə keçəcəyini söyləyib: "Ərdoğan yenə sükanın başındakı adam olacaq. Bu planların həyata keçirilməsinin qarşısında yalnız ciddi bir sağlamlıq maneəsi çıxa bilər".

Əminə

AzNews.az