İsmayıl Vəliyev: “Mən orucu yalnız meyvə-tərəvəzlə tuturam”

3 Avqust 2012 08:42 (UTC+04:00)
Orucluqda necə qidalanmalı? Təbib, loğman İsmayıl Vəliyevin bu barədə "AzNws.az"-a müsahibəsi:


- İftar süfrəsi necə düzənlənməlidir?


- İki il bundan əvvəl "Xəzər TV"-də "İftiara doğru" veriliş yayımlanırdı. Hər axşam da tanınmış sənət adamları iftar süfrəsində olurdu. Məsələn, xalq artisti Teymur Mustafayevin evindən veriliş yayımlanırdı. Süfrənin üstündə dünyanın hər cürə naz-neməti vardı. Süfrəyə baxanda adam özünü toy-bayramda olduğunu zənn edirdi. Teymur Mustafayev bunu bilmir bəyəm? İftar cüfrəsi belə düzənlənməməlidir. Peyğənbərimiz buyurur ki, orucluqda düzgün qidalanmaq lazımdır. Yeməkdən az istifadə etmək lazımdır. Gün ərzində ac qalıb, axşam üstü mədəaltı vəziyə əziyyət vermək olmaz. Orqanizmi güclü yeməklə "xodlamaq" çox çətindi. Ümumiyyətlə, orucluqda belə verilişlər yayımlanmamalıdır. Etiraf edək ki, bizim çəmiyyətdə elə insanlar var ki, bir tikəni zülmlə tapır. Aylarla qazan açmayan insanlar var. Bunu Teymur Mustafayev və orucluqda özlərini reklam etdirən bütün sənət adamları düşünməlidir. Tibbi nöqteyi nəzərdən hər hansı maye mədədə 15 dəqidədən artıq qalmır.15 dəqiqədən sonra su mədəni tərk edir. Bizdə isə əksinədir. Suyu içib ardınca xurma, sonra da yeməklər yeyirlər. Bu üç qızıl qanuna ziddir.


- Üç qızıl qanuna görə, qidalanma necə olmalıdır?


- Suyu, çayı, soku, meyvə-tərəvəzi yeməkdən 15 dəqiqə əvvəl qəbul eləmək lazımdır. Bizimkilər isə qanuna əməl eləmək əvəzinə suyu tələm-tələsik içir. Sonra da ardınca bir-birinə zid olan yeməkləri. O qədər yeyirik ki, tərpənmək bir yana, nəfəs ala bilmirik. Orucluqda elələri var saat 12-yə kimi yeyir. Yemək də mədədə 3-4 saat fırlanır. Sonra imsaq vaxtı yenidən başlayırlar yeməyə. Mədə-bağırsaq necə dözsün? Həzmi çatdıra bilmir. Belə olanda çətinliklər törənir, susuzluq, baş ağrısı və.s. Mən adamlar tanıyıram ki, orucluqdan sonra onlarda müəyyən xəstəliklər yaranır. Bütün bunlar qida rejiminin düzgün olmamasından yaranır. Yay və meyvə-tərəvəz vaxtıdır. Bazara getsən, əlini gözünün üstünə qoysan, can dərmanı görərsən. Allah hamının orucunu qəbul eləsin. Mən neçə illərdir ki, oruc tuturam. Bəlkə də inanmayacaqlar. AzNews.az-ın oxucuları bilsin ki, mən orucu yalnız meyvə-tərəvəzlə tuturam. Qazan yeməklərindən istifadə etmirəm. Səhər duanı oxuyub, bir litirə yaxın su içirəm. Gün ərzində insan doymuş vəziyyətdə olur. Ən yaxşısı isə səhər-səhər meyvə-tərəvəz yeməkdir. Sirəsindən də istifadə etmək olar. Adam var səhər-səhər yemək bişirib yeyir. Yumurta qayğanaqı, ət, balıq və s.


- Bəzi adamlar isə plova üstünlük verir. Düyü susuzluq yaradan nemətdir, ona görə...


- Bu düzgün deyil. Plov yeyəndən sonra orqanizm 2 saatdan sonra su tələb edəcək. Orucluqda yalnız meyvə-tərəvəz yeyilməlidir. Elmlər Akademiyasında çalışan bir tanışım var, o mənə dedi ki, 12 il oruc tuturam, həmişə də başım ağrayır. Sən edmə, oruc başlayanda onlar bir qoyun alır, kəsir və ay müddətində onu yeyir. Təsəvür edin ki, hər gün ət yeyirmiş. Mən ona bəzi məsləhətlər verdim. Ondan sonra həmin adamın başı heç vaxt ağrımadı. Bunlar nəyin bahasına oldu? Əlbəttə ki, qida rejiminin dəyişməsinə görə. O ki, qaldı düyüyə onun başqa variantları var.

-Necə?


- Axşamdan 3 qaşıq düyünü suya qoyursan. İki-üç dəfə suyunu dəyişəndən sonra qaynat və süz. Yağsız-duzsuz ye. Bunun bir xeyirli cəhəti də var ki, bədəndən duzu sorur. Orucluqda yağlı-duzlu yemək olamz. Heç olmasa, bir ay ət yeməklərindən çəkinmək lazımdır.


- Bütün günü ac qalan insan axşam iftarın açar-açmaz su içən kimi siqaret çəkir. Siqaret ac orqanizmə necə təsir edir?


- Çəmiyyətin yarısı siqaret barmağının arasında gözləyir iftarı gözləyir. Suyu içən kimi siqaret damağında toy-bayram edir. Ac orqanizmə siqaret olmaz. Ondansa o orucu tutma. Bir az pis çıxsa da, bunu deyəcəm: Azərbaycanda qida mədəniyyəti yoxdur. Qida maarifçiliyi isə ümumiyyətlə yoxdur. Bu heç bir kəsi maraqlandırmır. Elə bunun səbəbidir ki,orucluqda düzgün qidalanma yoxdur. Nə qədər karbohidratlara çox üstünlük verilsə, orucluq bir o qədər asan keçər. Onda əsəbləşmirsən, sakitləşirsən, ətraf mühütün diqqətində olursan. Belə bir misal var "toxun acdan nə xəbəri". Dünya müsəlmanları bunu eşitsin. Mən belə bir ekspert edirəm. Səhər-axşam iki saat idman və rəqs edirəm. Məşq edəndə adam yorulmur.


- Orucluqda hansı sudan istifadə etmək lazımdır?


- Ancaq qaynamış su. Pepsi, fanta, koka-kola və bir sıra rəngli sular var ki, onlar ümumiyətlə, orqanizmə ziyandır. Bir stəkan "kola" içəndə 35 stəkan dağ su içməlisən.


- Bu qədər su nə üçündür?


- Bir stəkan "kola"dakı olan zəhərli maddələri təmizləmək üçün. Ən yaxşısı çay içməkdir. Bundan başqa 50 qram petruşka suyu, 100 qram da sarıkök sirəsini qarışdırıb içsən susuzluq olmaz. Yaşıl çay da susuzluğu aradan qaldırır.


Lalə

AzNws.az