Rezidenturaya qəbulun vaxtı açıqlandı

3 Avqust 2012 10:48 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında rezidentura pilləsi üzrə sənəd qəbulunun vaxtını açıqlayıb. "Sənəd qəbulu avqustun 15-dək 24-dək aparılacaq" –deyən sədrin sözlərinə görə, qəbul imtahanı iki mərhələdə keçiriləcək. Birinci mərhələ sentyabrın 8-də, ikinci mərhələ isə sentyabrın 9-da olacaq. M.Abbaszadə onu da bildirib ki, rezidentura ilə bağlı bir sınaq imtahanı da keçiriləcək.

Mirvari Nəcəf
AzNews.az