Noyabr ayı üçün qeyri-iş günləri

21 Oktyabr 2013 14:08 (UTC+04:00)
Dövlət Bayrağı Günü münasibətilə noyabrın 9-u qeyri-iş günü elan edilib. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Noyabrın 9-u şənbə gününə düşdüyündən Azərbaycan vətəndaşları noyabrın 9, 10 və 11-i istirahət edəcəklər.

Noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilsə də, Əmək Məcəlləsinə əsasən, iş günü hesab olunacaq. Həmçinin Milli Dirçəliş Günü - noyabrın 17-si iş günü hesab edilir.

Qeyd edək ki, bir sıra təqvimlərdə bu tarixin qırmızı ilə işarələnməsi vətəndaşlar arasında çaşqınlıq yaradır.

AzNews.az