Suriya üçün 117 milyon dollar yığıldı

3 Avqust 2012 11:01 (UTC+04:00)

Təəccüblü olsa da, Səudiyyə Ərəbistanında Suriya xalqı üçün nəzərdə tutulan pul yığma kampaniyası çox uğurlu keçdi. Başlanğıcını Kral Abdullanın qoyduğu bu kampaniya nəticəsində, cəmi 5 günə 117 million dollar pul yığıldı. Maraqlı fakt budur ki, yığılan bütün vəsait təkcə pul şəklində olmayıb. Müxtəlif əşyalar, dərmanlar, hətta, maşın da hədiyyə edənlər olub. Xatırladaq ki, iyun ayında BMT donor ölkələrə Suriya ərazisində olan qaçqınlar üçün 189 million dollar, ölkə ərazisindən kənarda olan Suriya qaçqınları üçün isə 193 million dollar məbləğində yardım etmək təklifi ilə çıxış etmişdir. Lakin AzNews.az saytının BBC-yə istinadən yaydığı məlumata görə, bu təşəbbüs donor ölkələr tərəfindən yüksək entuziazmla qarşılanmadı. BMT-nin Humanitar Məsələlər Üzrə Koordinatorluğu isə xəbər verir ki, lazım olan məbləğin ancaq 20%-i yığılıb.

Vasif
AzNews.az