Musa Qasımlı: "Sülh imkanları tükənməyib"

3 Avqust 2012 13:44 (UTC+04:00)

"1992-ci ildən yaradılmış ATƏT-in Minsk qurupu özünün fəaliyyəti ilə ona olan inamı, etimadı itirib". Bunu Milli Məclis deputatı Musa Qasımlı deyib. Onun fikrincə, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini tənqid etməklə bərabər, onların fəaliyyətinin gücləndirilməsi üçün lazımı addımlar atmalıyıq: "Biz mütləq həm ikitərəfli, həm də çoxtərəfli əsasda Minsk qrupu ilə və bütövlükdə Minsk konfransına daxil olan ölkələrlə iş aparmalıyıq, eyni zamanda, həmin ölkələrlə ikitərəfli münasibətləri də genişləndirməliyik. Amma bu sirr deyil ki, dünyada ikili standartlar var və bu ikili standartların da hesabına Dağlıq Qarabağ münaqişəsi indiyə qədər həll olunmayıb".
M.Qasımlı qeyd edib ki, münaqişənin həllində bütün hallarda danışıqlara, sülh variantına üstünlük vermək lazımdır və neçə illərdir Azərbaycan bunu edir: "Yəni hələ ki, sülh imkanları tükənməyib və əvvəl-axır bu münaqişə sülh yolu ilə də həllini tapacaq".
Gültən
Az.News.az