“Şəmkir vahiməsi“nə son qoyuldu

3 Avqust 2012 14:18 (UTC+04:00)

AzNews.az Daxili İşlər nazirliyinin saytına istinadən xəbər verir ki, bu il iyunun 28-dən avqust ayının 1-dək olan müddət ərzində Şəmkir rayonunda müxtəlif vaxtlarda rayon ərazisində ayrı-ayrı şəxslərə məxsus evlərə daş ataraq sakinlər arasında müxtəlif şayiələrin yaranmasına səbəb olmuş rayon sakinləri Arzu Rzayev və Samir Mürşüdov polis əməkdaşları tərəfindən saxlanılıblar. Bununla belə, rayonda evlərə daxil olaraq qadınlara hücum edən manyak barədə şayiələrə hələ də son qoyulmayıb.


İlkin

AzNews.az