İranda doğum məhdudiyyəti ləğv edildi

3 Avqust 2012 14:23 (UTC+04:00)


İranın Səhiyyə Nazirliyi doğum səviyyəsinə nəzarət haqqında 20 illik proqramın ləğv olunmasını təsdiqləyib. AzNews.az saytının "The Daily Telegraph"-a istinadən yaydığı məlumata görə, bu qərar İranın Ali dini lideri Ayətullah Xameneyinin " İranın əhalisi 150-200 milyon olmalıdır" deməyindən sonra verilmişdir. Hal-hazırda İranın əhalisi 80 milyondur. Xatırladaq ki, İran hökuməti bu proqramı bütün əhaliyə resursların çatmayacağından ehtiyat edərək qəbul etmişdi. Bundan əlavə hökumətdən çoxuşaqlı ailələrə dəstək məqsədilə 10 milyard pul ayrılıb. Məsələyə münasibət bildirən Əhmədi Nejat, xarici düşmənlərlə mübarizədə ölkədə doğumun yüksək olmasının vacib faktor olduğunu qeyd edib.

Ekspertlərin fikrincə isə, bu proqramın doğumun səviyyəsinin aşağı düşməsi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, doğum səviyyəsinin aşağı düşməsinin əsas səbəbi insanların yoxsulluqdan və işsizlikdən əziyyət çəkməsidir. Məhz bu səbəbdən yeni ailələr qurulmur və doğumun səviyyəsiz qalxmır.

Vasif

AzNews.az