İbrahim Tatlısəs sevənlərini ağlatdı

3 Avqust 2012 14:59 (UTC+04:00)

Silahlı hücumdan sonra keçirdiyi əməliyyatlar sonrası ayağa qalxan məşhur sənətçi İbrahim Tatlısəs mətbuat mənsublarına iftar yeməyi verib.İflic olan sol əlini bu günə qədər çətinliklə oynadan Tatlısəs, "Sizlərə bir sürprizim var" deyərək ayağa qalxıb. O, iflic olan əli ilə kabab doğrayıb. Bu zaman jurnalistlər və onun dostları gözyaşlarını saxlaya bilməyib. Böyük alqış alan Tatlısəs - "Sentyabrda sizlərə əllərimlə kabab bişirəcəyəm "deyib.

Əminə

AzNews.az