4 yaşlı körpəsini zəhərləyib öldürdü

3 Avqust 2012 15:06 (UTC+04:00)


İstanbul Sultanahmetdəki bir otel otağında 32 yaşlı Nur Şahin adlı ana 4 yaşındakı qızının südünə dərman qataraq, öldürdüb. Sonra isə özünü pəncərədən ataraq intihara cəhd edib. Nur Şahin Marmara Universiteti informatika fakultəsinin məzunu olub. O, məhkəmədə verdiyi ifadəsində qızına qəsd etmədiyini bildirib: "Ərim məni incitdikdən sonra qızımı da götürüb Sultanahmetdəki otelə gəldim. Qızımın yanında siqaret çəkmədiyim üçün duşa girdim. Ancaq otağının qapısını bağlamadım. Yarım saat sonra duşdan çıxanda qızımın gözləri böyümüş, dili çölə çıxmışdı. Hərərkətsiz idi, biberondan süd içərkən nəfəsinə su qaldığını və boğulduğunu zənn etdim. Ölmək istədim, əvvəlcə 30 dənə həb içdim, amma dərmanlar mənə bir şey etmədi. Qızım onsuz da ölmüşdü. Oturub intihar məktubu yazdım. 20 gündür ölümü düşünürdüm. Ölmək üçün çalışırdım. Pəncərədən özümü atmazdan əvvəl məktuba "Sənin kimi bərbad birinə qızımı buraxmaram, o, həmişə mənimlə birlikdə olacaq"- yazdım". Qızının necə öldüyünü hələ də bilmədiyini ifadə edən Nur Şahin, qızına görə günahsız olduğunu söyləyib: "Biberonda süd və körpə yeməyindən başqa bir şey yox idi. Həblərdən zəhərlənibsə mən duşda olanda çantamdakı həblərdən içmiş ola bilər. Qızımı zəhərləmədim, öldürmədim…".

Əminə

AzNews.az