Tanınmışlar “facebook”da nə yazır?

3 Avqust 2012 16:26 (UTC+04:00)


Artıq "facebook" gündəlik həyat tərzmizə çevrilib. Yaşadıqlarımızadan təsirlənərək, istər-istəməz sevincimizi, kədərimizi, heyrətimizi, əsəbimizi bu sosial şəbəkə vasitəsilə bəyan edirik. Tanınmışlar da "facebook"da boş dayanmır. Bəs onlar öz statuslarında nədən danışırlar? AzNews.az bəzi tanınan şəxslərin son günlər yazdığı statusları təqdim edir:


-"Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay: "Səhər bir adamın abrını ətəyinə bükdüm. Bükməyinə bükdüm də... Sonra fikirləşdim ki, bu ifadə hardan gəlir belə?)))) "Abır " fars sözüdü (ab ve ru-üzün suyu). Üzün suyunu ətəyə necə bükmək olar?))))))))))))"


- Filosof Niyazi Mehdi: "Neyləyək? Yenə də gəlin qız çıxanda güllə ataq?"


- Xalq artisti Faiq Ağayev: "Facebook yazır: " Vaşa Xronika ne budet vidna do 7 avqusta". Amma demir ki, hansı möcüzəli yolla məni bu "Xronika"ya calayib..."


- Millət vəkili Gülər Əhmədova: "10 ali təhsili olsa da, varın aşıb-daşsa da, südün xarabdırsa, xeyri yoxdur. Satacaqsan, xəyanət edəcəksən, əyiləcəksən, dondan-dona girəcəksən. Qədimdən gələn sözdur: "Allah adami südüxarabdan saxlasın""


- "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu: "Ətrafımızda bizə bənzəməyən adam görəndə, dərhal onu özümüzə uyğunlaşdırmağa çalışırıq. Əks halda ondan üz döndəririk. Axı demokratiya həm də çoxrənglilik, müxtəliflik, dözümlülükdür"


- Yazıçı, jurnalist Taleh Şahsuvarlı: "Sabahkı yazımdan: "Demokratiya-at belinə, tank belinə, adam belinə qalxma mədəniyyəti deyil..."


- Yazar Şəbnəm Karslı: "Beş-altı yekə kişinin vəznlə bir-birini söyüb qurtarmasından sonra ayağa qalxıb "sağ ol, qardaşımsan" deməsinə meyxana deyilir..."


- "Kulis.az"-ın redaktoru Elmin Həsənli: "Zərdüşt əfəndi, Rafiq Tağıya salamlarımızı çatdır..."


- Tanınmış teleaparıcı Nəsimi Nəbizadə: "TV-də bir müğənni arvad elə güldü ki, alt paltarları görsəndi..."


- Yazar İlqar Rəsul: "Bu dünyada hamı yazıqdı..."


- Psixoloq İlqar Kamil: "Araşdırmalar təsdiqləyib ki, kişi ağcaqanadlar ancaq boş-boş vızıldayır, qanı soran ağcaqanadlar isə məhz qadın cinsindəndi:D"


- "Lider" TV-nin əməkdaşı Vüsal Məmmədov: " Sevgini müzakirə eləmək təxminən içkidən danışmaq qədər mənasızdır. Şərabın xumarlığının nə demək olduğunu bilməyin ancaq bir yolu var: içməlisən! Sevgini də ancaq yaşamalısan. İndiyə qədər heç kim mənə izah edə bilməyib ki, siqaretin yanğısı necə olur. Elə şeylər var ki, onları sözlərlə çatdırmaq mümkün deyil"


- Bəstəkar Murad Arif: "Yasamalda 1 otaqli mənzil (novostroyka) kirayə lazımdır.

Bütün avadanlıqları ilə !!! Qohum-əqrabadan maraqlanın...

PS: Maklersiz"


- Kulturoloq Aydin Xan Ebilov: "Ən sadə statusum: tutanlar üçün!

Əvvəllər deyərdilər ki, Şirzadın çayxanasında görüşərik, indilərdə isə: Görüş yeri - Markın Feysbuku! Görəcək günlərimiz varmış... )))

P.S. Görən mən havaxt ciddi olacağam?! ((( "


- Şair-yazar Murad Köhnəqala: "Dişlərinizi yumursunuz?

Dişləriniz iyrənc və sarıdı?

Heç vecinizə də almayın!

Boğazınıza sarı qalstuk taxın ki, harmoniya yaransın!.."


Sevinc

AzNews.az


P.S: "Statusu tutanlar like"