”Müsəlman dünyası heç nə etməyib”

4 Avqust 2012 09:54 (UTC+04:00)

"Danimarkada çəkilən karrikaturalar, Fransada məscid həyətinə atılan donuz başı, bütün bunlar onu göstərir ki, artıq Qərb İslam dünyasını aşağılamaqla məşğuldur". Bu fikirləri AzNews.az-a açıq1amasında Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı deyib. T.Abbaslı bildirib ki, Qərbin bu dağıdıcılıq prosesinin qarşısının alınması üçün müsəlman dünyası heç nə etməyib. Ona görə də, indiki durum yaranıb. "İndiki vəziyyətdə isə daha dəhşətli proseslər gedir. Ərəb dalğası adı alan bu proses əslində müsəlman şərqinin tamamilə ram edilməsi, arada olan bağların tamamilə yox olmasına xidmət edir". Bu məsələdə müsəlman diktatorların rolu böyükdür-deyən T.Abbaslının sözlərinə görə, ən ciddi problem müsəlmanların birliyi deyil, müsəlman ölkələrində hakimiyyətlə xalqın arasında birliyin olmamasıdır".

Mirvari Nəcəf

AzNews.az