İran Türkiyəyə xəbərdarlıq etdi

4 Avqust 2012 11:58 (UTC+04:00)

İran sabahdan
başlayaraq Türkiyə vətəndaşlarına müvəqqəti viza rejimi tətbiq edəcək. AzNews.az
Türkiyə KİV-nə istinadən xəbər verir ki, İranın Ankaraya göndərdiyi notada
bildirilir ki, 27 gün müddətində müvəqqəti viza rejiminin tətbiq ediləcək. Həmçinin
vurğulanır ki, Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin
rəhbərlərinin sammiti ilə əlaqədar 5-31 avqust tarixlərində Türkiyə
Respublikası vətəndaşlarına İran İslam Respublikasına getmələri üçün viza
rejimi tətbiq olunacaq. Xatırladaq ki, belə bir nota Azərbaycana da göndərilib.


İlkin

AzNews.az