Şvartsneger və Stalone bir yerdə

4 Avqust 2012 12:49 (UTC+04:00)


Arnold Şvartsneger mətbuata maraqlı açıqlama verib. AzNews.az-ın Reuters-ə istinadən yaydığı məlumata görə, Şvartsneger deyib ki, o və Stalone ilə on illərdir ki bir yerdə işləmək istəyiblər. Amma məsələnin məzəli tərəfi odur ki, iki ulduz ilk dəfə saç ustasında görüşüblər və Stalone həmkarına "Expendables" filmində oynamağı təklif edib. 2010-cu ildə işıq üzü görən film uğurlu alındığından Stalone "Expandables 2" filmində də Arnolda rol təklif edib. Filmin premyerası bu il avqust ayının 17-sinə planlaşdırılıb. Filmin uğurlu olması barədə zarafat edən Arnold "Mən qorxuram ki, bu film birinci hissədən də maraqlı olsun. Çünki sonra Silvester mənə yaxınlaşıb növbəti filmdə çəkilməyi təklif edəcək" deyib.

Vasif

Aznews.az