DIN əməkdaşının qohumu narkobaron çıxdı- Eksklüziv

4 Avqust 2012 14:04 (UTC+04:00)


Daxili İşlər Nazirliyinin Baş Narkotiklərə qarşı Mübarizə İdarəsinin əməkdaşları Göyçay şəhərində genişmiqyaslı əməliyyat tədbirləri həyata keçiriblər. Görülmüş əməliyyat tədbirləri nəticəsində Göyçay və ətraf rayonlarda bir nömrəli narkobaron sayılan Göyçay rayon sakini Mustafayev Füzuli Şərafəddin oğlu narkotik maddələr olan marixuanna ilə yaxalanıb.Çox qəribədir ki, Füzuli Mustafayevin qaynı, Göyçay rayonunun polis şöbəsinin əməkdaşı, daha dəqiq desək, polis rəisinin sürücüsüdür. 46 yaşlı Füzuli Mustafayev əvvəllər məhkumluq həyatı yaşayıb. Məlum olub ki, son 10 ildə o, Göyçay, Ağdaş, Ucar, Mingəçevir, Yevlax və İsmayıllı rayonundakı narkomanları narkotik maddələrlə təchiz edirmiş. İndi bu şəxsi Göyçay polisinin bu illər ərzində niyə ifşa edə bilmədiyi sualı hamını maraqlandırır...

S. Xasmamedov

AzNews.az