NATO-nun nümayəndələri Azərbaycana gələcək
1 Noyabr 2013 10:39 (UTC+04:00)
NATO-nun ekspert qrupu Azərbaycana səfər edəcək.
Müdafiə Nazirliyindən bildiriblər ki, Tərəfdaşlıq Təlim və Təhsil mərkəzinin yaradılması və onun NATO tərəfindən tanınması məqsədilə noyabrın 18-də NATO ekspert qrupu Azərbaycana səfəri başlayır.
Noyabrın 22-ə kimi davam edəcək səfərdə NATO ekspertlərinin Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüş keçirəcək. Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində görülən işlər müzakirə ediləcək.
AzNews.az