Cəmil Həsənli istefalardan danışdı

1 Noyabr 2013 11:59 (UTC+04:00)
"Kim tərəddüd edirsə, getmək istəmirsə, buna görə narahat olmaq lazım deyil".

Bunu Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi olmuş, professor Cəmil Həsənli qurumdan bəyanat verərək istefa edənlərə cavab olaraq qeyd edib.

O, bildirib ki, istefa halları Milli Şurada narahatlıq yaratmır: "Kim bu yolu bizimlə getmək istəyirsə, bu bizim üçün şərəfdir. Milli Şura müxalifətin güc mərkəzidir. Biz bu yolu gedirik, Milli Şura genişlənəcək, əlavə qüvvələr qoşulacaq".

Xatırladaq ki, Azərbaycan Liberal Partiyanın üzvləri Eldar Muradov, Elman Məmmədzadə, Hacıağa Dadaşov, İlham Murtuzayev, İsmayıl Əliəsgərli, Tofik Kərimov, Vaqif Mustafazadə və Xurşud Abasova Milli Şuradan istefa vermələri ilə bağlı bu gün bəyanat imzalayıblar.

Bahar Rüstəmli
AzNews.az