80 yaşlı kişi ayını döydü

1 Noyabr 2013 22:15 (UTC+04:00)
Yakutiyada inanılmaz hadisə baş verib. 80 yaşlı kəndli ona hücum edən ayıya təpik vuraraq müqavimət göstərdiyi üçün sağ qalıb.

AzNews.az "Ria Novosti"yə istinadən xəbər verir ki, ayı Kabardin –Balkar bölgəsində 80 yaşlı Yusuf Alçagirovun qarşısına moruq tarlasında işləyərkən çıxıb.

Ac ayının hücumuna məruz qalan yaşlı adam ayıya təpik vuraraq müqavimət göstərib. Alçagirov yerli televiziya kanalına verdiyi açıqlamada ayıya hətta kəllə vurduğunu bildirib:"Əgər toyuq kimi qaçmağa çalışsaydım, məni öldürərdi".

Dörd qabırğası qırılan yaşlı adam bir neçə gün xəstəxanada müalicə olunub.

Elman
AzNews.az