Kommunist ölkədə gey-parad keçirildi

6 Avqust 2012 09:09 (UTC+04:00)


Vyetnamda ilk dəfə gey-parad keçirilib. AzNews.az-ın Agence-France-Presse-ə istinadən yaydığı xəbərə görə, paradda yüzə yaxın adam iştirak edib. Parada adamların çoxu rəngli bayraqlarla bəzədilmiş velosipedlərdə gəliblər.

LGBT bu aksiyası şəhər rəhbərliyi ilə razılaşdırımasa da polis onlara mane olmayıb. Xatırladaq ki, kommunist Vyetnamında homoseksuallıq cinayət sayılmasa da, rəsmi propoqanda ilə eynicinsli münasibətlərə mənfi münasibət göstərilir.

Vasif

AzNews.az