Prezidentin əvf etdiyi sabiq naziri həbsdə saxlayırlar

4 Noyabr 2013 14:19 (UTC+04:00)

Gürcüstan prezidenti Mixail Saakaşvillinin əfv etdiyi keçmiş müdafiə naziri Baço Axalaya hələ də həbsdən azad edilməyib. Bu barədə onun vəkili Georgi Oniani məlumat verib.

AzNews.az gürcü mətbuatına istinadən xəbər verir ki, prezident Saakaşvili öz Facebook səhifəsində əfv etdiyi nazirlə bağlı fikirlərini bölüşüb. Prezident onun günahkar olmadığına inandığını bildirərək, sabiq nazirə qarşı ittiham irəli sürən prokurorluğu özünü gülünc vəziyyətdə qoymaqda günahlandırıb: "Mənim borcum bu saxta ittihamla bağlı əfv sərəncamı imzalamaqdır".

Elnur
AzNews.az