Xamneyinin Qərbə qarşı 4 gizli şərti

4 Noyabr 2013 21:00 (UTC+04:00)
İranın ali dini lideri Əli Xameneyi prezident Həsən Ruhaninin beynəlxalq ictimaiyyətə yaxınlaşmaq cəhdini çərçivəyə salmaq üçün dörd "qırmızı xətt" formalaşdırıb. Anspress-in məlumatına görə, bu barədə İtaliyanın "La Stampa" qəzetində çap edilmiş məqalədə bildirilir.

Bununla da Xamneyi prezident Ruhaninin ABŞ-a münasibətlə bağlı referendum keçirmək təkliyfinə reaksiya verib. Qəzetin yazdığına görə, Xamneyinin şərtləri İrandan nüvə proqramını dayandırmaq istəyən beynəlxalq birliyə güzəştlərin qarşısını almağa yönəlib.

"La Stampa" məlumatına görə, şərtlər aşağıdakılardır: Birinci şərt Qumda uranın zənginləşdirilməsi üzrə yeraltı obyektin bağlanması ilə bağlıdır. İkinci şərt uranın zənginləşdirilməsinə qoyulan 5%-lik həddən imtina edilməsidir. Üçüncü şərt Əraq şəhərində ağır su reaktorunun tikintisinin davam etdirilməsidir. Dördüncü şərt isə Beynəlxalq Atom Agentliyi ilə 10 il qabaq imzalanmış əlavə protokolun ratifikasiyası üzrə öhdəlikdən imtina ilə bağlıdır.

AzNews.az