Pərviz Müşərrəf azadlığa çıxdı - VİDEO

4 Noyabr 2013 22:53 (UTC+04:00)
Pakistanda radikal dini xadimin qətlinin sifarişində şübhəli bilinən sabiq prezident Pərviz Müşərrəv, 6 aylıq ev dustağlığından sonra girov müqabilində azadlığa buraxılıb. Uzun illər xarici ölkələrdə könüllü mühacir həyati sürən, Müşərrəf seçkilərlə əlaqədar ölkəsinə qayıtdıqdan sonra barəsində bir sıra maddələr üzrə cinayət işi açılıb. Habelə bu gün Pakistan məhkəməsi onun şərti olaraq azadlığa buraxılmasına dair qərar çıxarıb. Yalnız onun ölkə hüdudlarını tərk etməməsi barədə iltizam alınıb. Onun vəkillərinin dediyinə görə, 2007-ci ildə İslamabad məscidinə reyd zamanı qətlə yetirilmiş radikal imamın ölümündə əli olduğuna dair heç bir dəlil olmadığı üçün Müşərrəfi şərti azad edib. Dövlət ittihamçıs məhkəmənin qərarından narazı qalıb və qərardan apelasiya məhkəməsinə şikayət etməyi söz verib.

Xatırladaq ki, 2007-ci ildə İslamabadda islamçı tələbələr əxlaqsızlığa qarşı mübarizə adıyla masaj salonlarına, mahnı diskləri satan dükanlara hücumlar etdikdən sonra, ovaxtkı prezident Pərviz Müşərrəf, Qırmızı Məsciddə reydin aparılmasına göstəriş vermişdi. 4 günə yaxın davam etmiş mühasirədən sonra 100-ə yaxın insan o cümlədən 10 xüsusi təyinatlı həlak olmuşdu.




AzNews.az