Zakir Həsənov Ali Hərbi Məktəbin rəisini dəyişdirdi

5 Noyabr 2013 11:32 (UTC+04:00)

General-mayor Heydər Priyev yenidən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə rəis vəzifəsinə təyin edilib.

AzNews.az-ın hərbi jurnalist, istefada olan polkovnik-leytenant Üzeyr Cəfərova istinadən verdiyi məlumata görə, H. Piriyev bu vəzifəyə Naxçıvan Hərbi Birləşməsinin qərargah rəisi vəzifəsindən təyin edilib.

Ü. Cəfərov qeyd edib ki, məktəbin rəisi vəzifələrini icra edən polkovnik Mirzəli Yusifov isə vəzifəsindən azad edilib.

AzNews.az