Dünyada nə qədər sayt var?

6 Avqust 2012 10:25 (UTC+04:00)


"Netcraft" analitik şirkəti internet şəbəkəsində saytların sayı barədə növbəti aylıq hesabatını dərc edib. AzNews.az şirkətin rəsmi səhifəsində yayılan məlumata istinadən xəbər verir ki, avqustun 1-nə kimi şəbəkədə 628 milyon 170 min 204 sayt işləyib. Bu, bir ay əvvəlkindən 38 milyon azdır. Şirkətdən bildiriblər ki, mənfi dinamika veb-saytların hesablanma meyarlarının dəqiqləşdirilməsi ilə əlaqədardır. Həmçinin statistikadan 242 fiziki İP-ünvanda yerləşən 40 milyona yaxın sayt çıxarılıb. Bütün bunlar ilk olaraq bazarda ən iri veb-server olan Apache-ya mənfi təsir edib ki, veb-server 36 milyon host itirib, onun bazar payı isə 59 faizə enib.


Aynur

AzNews.az