Teymur Abdullayev istefa ərizəsi yazdı

5 Noyabr 2013 11:38 (UTC+04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev Silahlı Qüvvələrdən tərxis olunması barədə raport yazıb.

APA-nın xəbərinə görə, Teymur Abdullayev raportda müdafiə naziri, general-polkovnik Zakir Həsənovdan Silahlı Qüvvələrdən tərxis olunmasını xahiş edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

AzNews.az