Nəcməddin Sadıqovun oğluna vəzifə verildi

5 Noyabr 2013 13:59 (UTC+04:00)
Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general -polkovnik Nəcməddin Sadıqovun oğluna vəzifə verilib.

"Qafqazinfo" xəbər verir ki, onun oğlu Məmməd Sadıqov Bakı Şəhər Vergilər Departamentinin rəis müavini təyin olunub. Ona həmçinin polkovnik-leytenant rütbəsi verilib.


AzNews.az