Sabirabad silkələndi

6 Avqust 2012 11:12 (UTC+04:00)


Sabirabadda zəlzələ baş verib. AzNews.az-ın Azərbaycan Milli Elmlər Akademiyası Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, zəlzələ bu gün yerli vaxtla 11:33-də Şirvan şəhərindən 20 km şimal-qərbdə, Sabirabad rayonu ərazisində qeydə alınıb. 3,3 maqnituda yerli təkanlar hiss olunmayıb.


Mirvari Nəcəf

AzNews.az