Suriya Dövlət Televizyası partladıldı

6 Avqust 2012 11:22 (UTC+04:00)


Bu saatlarda ölkənin paytaxtı Şam şəhərində yerləşən kanal binasının üçüncü mərtəbəsində meydana gələn partlayışda çoxlu sayda yaralıların olduğu bildirilir. Eyni zamanda dövlət radiosunun da hücuma məruz qalması haqda məlumatlar yayılıb. AzNews.az-ın Türkiyənin dha.com.tr saytına istinadən verdiyi məlumata görə, Dövlət telvizyası hücum ərəfisində də yayımını dayandırmayıb və hücuma məruz qaldıqlarını birbaşa efirdə veriblər. Özəl kanal olnan "Əl İhbariyə" kanalı da hücum sonrası çəkilən görüntüləri yayınlayıb. Görüntülərdə jurnalislər yaralı məsləkdaşlarına köməklik etməyə çalışır.


Bahadur

AzNews.az