Bu gün Tacikistan prezidentini seçir
6 Noyabr 2013 08:30 (UTC+04:00)
Bu gün Tacikistanda prezident seçkisi keçirilir. Səhər saat 6-dan axşam saat 8-ə qədər keçiriləcək səsvermə üçün 3,1 min məntəqə yaradılıb. Dünyanın daha 27 ölkəsində 60 səsvermə məntəqəsi fəaliyyət göstərir.
Seçicilərin ümumi sayının 4 milyon olduğu ölkədə prezidentlik uğrunda 6 nəfər mübarizə aparır. Bunlar hazırki prezident İmaməli Rəhmon, kommunistlərin təmsilçisi İsmail Talbakov, Aqrar Partiyasından Tolibbek Buxoriyev, sosialistlərdən Abduxalim Qaffarov, demokrat namizəd Cəidcəfər İsmonov, İqtisadi İslahatlar Partiyasından Olimcon Boboyevdir.
Elnur
AzNews.az