Təhsil şöbəsinin müdiri aksiyaçılarla görüşdü

6 Noyabr 2013 13:26 (UTC+04:00)
Sumqayıt Şəhər Təhsil Şöbəsi şəhərdəki 24 saylı məktəbin direktoru Mehriban Nəcəfovanın vəzifədən azad edilməsi ilə bağlı valideynlərin keçirdiyi aksiyaya reaksiya verib.

Təhsil Şöbəsindən AzNews.az-a verilən məlumata görə, hazırda təhsil şöbəsinin müdiri səlahiyyətlərini icra edən Vaqif Ələkbərov aksiyanın keçirildiyi məktəbdədir.
Şöbə müdiri orada valideynlərlə görüşərək onları aksiyadan çəkinməyə çağırıb. Görüş hələ davam edir.

Elnarə
AzNews.az