Aydın Mirzəzadə: “Müxalifətin problemlərdən danışmağa həvəsi yoxdur”

6 Avqust 2012 12:34 (UTC+04:00)


"Müxalifətin payız aylarında keçirəcəyi aksiyalar
"Avroviziya" mahnı yarışması ərəfəsində keçirdikləri aksiyalardan heç də fərqlənməyəcək". Bu sözləri AzNews.az-a açıqlamasında millət vəkili Aydın
Mirzəzadə deyib.
Onun
sözlərinə görə, aksiyaların keçirilməsi demokratik ölkə üçün normal bir haldır:
"Bu, əlahiddə hal sayıla bilməz. Əksinə aksiyalar keçirilməzsə, müxalifət
üzərinə düşən missiyanı yerinə yetirməməiş olur. Əsas odur ki, onların
keçirdiyi aksiyaların möhtəşəmliyi, sosial bazası necədir. Hər kəsə məlumdur
ki, son zamanlar keçirilən aksiyalarda az adam iştirak edir. Bu da onu göstərir
ki, müxalifətin tərəfdarları çox azdır. Ümumiyyətlə, Azərbaycan müxalifəti
mitinqlər keçirməklə öz fəaliyyətlərini yada salırlar. Biz isə onların bu
fəaliyyətini qənaətbəxş hesab etmirik. Onların payız aylarında keçirəcəkləri
aksiyalar "Evrovision" mahnı yarışması ərəfəsində keçirdikləri aksiyalardan heç
də fərqlənməyəcək".

Millət vəkili hesab edir ki, müxalifətin
informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə yer tələb etməsi
müasir düşüncədən uzaqdır
: "Aksiyaların harada keçirilməsindən asılı olmayaraq, bütün
məlumatlar televiziyalar, radiolar, internet saytları vasitəsilə cəmiyyətə
ötürülür. Ona görə də aksiya üçün istər 20-ci sahə ərazisi olsun, istərsə də,
şəhərin digər yeri heç bir prinsipial əhəmiyyət daşımır. Müxalifət
nümayəndələrinin fərqli yerlər tələb etməsi onu göstərir ki, onların cəmiyyəti
maraqlandıran əsas məsələləri qabartmağa həvəsi yoxdur".

İlkin


AzNews.az