Cəmil Həsənli Rafiq Əliyevə qarşı

6 Noyabr 2013 14:54 (UTC+04:00)
Professor Rafiq Əliyev AzNews.az-a açıqlamasında üzvü olduğu Ziyalılar Forumunun Azərbaycanda baş verən siyasi proseslərdən kənarda dayanacağını bildirib.

Onun sözlərinə görə, Ziyalılar Forumu yaranan gündən siyasi proseslərdən kənarda olub və bundan sonra da siyasətdən uzaq dayanacaq.

Professor, Ziyalılar Forumunun üzvü Cəmil Həsənli isə həmkarına sərt mesaj ünvanlayıb.

AzNews.az xəbər verir ki, o, bu barədə özünün Facebook səhifəsində yazıb.

C. Həsənli bildirib ki, əsl ziyalı ölkədə baş verən ictimai-siyasi proseslərə biganə qala bilməz: "Ziyalı ölkədəki ictimai-siyasi hadisələrə biganə qalmamalıdır, haqsızlıqlara münasibətini açıq və aydın formada bildirməlidir".

Elvin
AzNews.az