İrandan Vatikana birgə işləmək təklifi

6 Noyabr 2013 18:41 (UTC+04:00)
İran prezidenti Həsən Ruhani insanları təəccübləndirməyə davam edir.
Publika.Az-ın xəbərinə görə, H.Ruhani twitter-dən Papa Fransisə mesaj göndərib:

"Bu gün İslamla Xristianlıq arasında həmişəkindən daha çox dialoqa ehtiyac var. Çünki əksər konfliktlərin təməlində cəhalət və yadlıq dayanır. Bu gün İran və Vatikanın ilahi təməlində yoxsulluq və bərabərsizliyə qalib gəlmək kimi ortaq hədəfləri, ifratçılıq və terrorizm kimi ortaq düşmənləri var. Xalqımın rifah və sağlığı ilə əlaqəli isti arzularınız üçün təşəkkür edirəm. Ümid edirəm zorakılıq və ifratçılığa qarşı olan bir dünya üçün birlikdə işləyərik".

AzNews.az