Lənkəranlı idmançı dünya reytinq cədvəlinə başçılıq edir

6 Noyabr 2013 19:37 (UTC+04:00)
AzNews.az Azər Tac-a istinadən xəbər verir ki, Lənkəran idman məktəbinin yetirməsi Ramin Əzizov Beynəlxalq Taekvondo Federasiyasının noyabr ayı üçün açıqlanan reytinq cədvəlində 80 kq çəki dərəcəsində ən yüksək pilləni tutub.
Azərbaycanlı idmançı dekabr ayında Mançesterdə idmanın taekvondo növü üzrə keçiriləcək ən güclülərin yarışında mübarizə aparmaq hüququ qazanıb.
Daha bir Azərbaycan taekvondoçusu Fəridə Əzizova da 67 kiloqram çəki dərəcəsində bu yarışda iştirak etmək şanslarını saxlayıb. Yeni reytinq cədvəlində F.Əzizova 11-ci yeri tutur.

AzNews.az