Nazir: “Tələbimiz Qarabağın azad edilməsidir“

7 Noyabr 2013 08:11 (UTC+04:00)
Türkiyə Ermənistandan Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsini tələb edir. Trend-in Aksam qazetinə istinadən verdiyi məlumuta əsasən, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkə parlamentinin xarici əlaqələr komissiyasında millət vəkillərinin qarşısında bildirib.

"Bizim tələbimiz Qarabağın azad edilməsidir. Bununla bağlı irəliləyiş gözləyirik", - nazir bunu İğdırı təmsil edən millət vəkili Sinan Oğanun Ermənistanla sərhədin açılması ilə bağlı sualına cavab olaraq bildirib.
Nazirin sözlərinə görə, ancaq Azərbaycan torpaqlarının azad olunmasından sonra, türk-erməni əlaqələrinin normallaşması bağlı müzəkilərər aparıla bilər.

AzNews.az