AzNews.az-ın əməkdaşı kitab zibilliyi aşkar etdi - FOTOLAR

6 Avqust 2012 13:37 (UTC+04:00)

Kitabın az oxunduğu, gənclərə təbliğ olunduğu bir vaxtda zibil yeşiklərində kitaba rast gəlmək çox üzücü bir haldır.

Akademik H.Əliyev prospekti 98v ünvanında kitabları küçədə görəndə, hardan gəldiyi barədə maraqlandıq. Məlum oldu ki, həmin ünvan "Novoye Vremya" qəzetnin köhnə redaksiyasıdır. Onlar icarəyə götürdükləri ünvandan köçərkən obyekt sahibinə həmin kitabları atmağı xahiş ediblər. Sahibkar isə, görünür, kitabla zibilin fərqinə varmayıb.

Səadət Abbaslı

AzNews.az