Azərbaycanlıların əlbir olduğu şəxslər axtarılırdı... qumbara tapıldı

7 Noyabr 2013 14:07 (UTC+04:00)
Moskva polisi şəhərdəki tərəvəz bazasında yoxlama zamanı 2 tortil şakası və qumbara tapıb.

Bu barədə məlumat Rusya Daxili İşlər Nazirliyinin saytında yer alıb.

Xatırladaq ki, bundan əvvəl verilən məlumata görə, Moskva polisi heç yerdə işləməyən 3 Azərbaycan vətəndaşını saxlayıb. Onlar öz həmvətənlərini qaçıraraq ondan pul tələb etməkdə ittiham ediliblər. Polisin araşdırmalarından məlum olub ki, saxlanan şəxslərin əlbir olduqları şəxslər var. Onların tez-tez qumbara tapılan həmin bazaya getdiyi, odlu silahlarının olduğu, bazada kriminal nəzarəti həyata keçirməyə cəhd etdikləri məlum olub.

Şübhəli şəslərin saxlanlması üçün bazaya baxış keçirilib. Axtarış zamanı ümumi çəkisi 400 qram olan iki trotil şaşkası, onların elektron detonatorları və RQD-47 qumbarası tapılıb.

Faktla bağlı cinayət işi açılıb. Bazanın bağlanması üçün müvafq qurumlara müraciət göndəriləcək.

Elnarə
AzNews.az