“Azadlıq”dan Eynulla Fətullayevin iddiasına REAKSİYA

7 Noyabr 2013 15:00 (UTC+04:00)
Jurnalist Eynulla Fətullayev "Azadlıq" qəzetini məhkəməyə verir.


Fətullayev sahibi olduğu "Virtualaz.org" saytına açıqlamasında "Azadlıq" qəzetini onun adından yalan yazı yazmaqda ittiham edib və qəzeti məhkəməyə verəcəyini bildirib.

"Azadlıq qəzeti"nin siyasi məsələlər üzrə şöbə müdiri Seymur Həzi "Axar.az"a açıqlamasında Fətullayevin ittihamlarının qeyri-ciddi olduğunu bildirib:

"Bu absurddur. Eynulla Fətullayev gedib baxsın, görsün, nəyə istinad edib. Burda heç bir müəlliflik mövqeyindən çıxış edilməyib. Başqa mətbuat orqanlarından məlumatlar toplanılıb sadəcə. Məhkəməyə verməsi də çox məntiqsizdir, çünki biz hansısa müəlliflik iddiası ilə çıxış etməmişik. Xəbəri kim yazıbsa, gedib ondan hesab istəsin. Biz sadəcə bir-birini ittiham edən tərəflərin fikirlərinə yer vermişik".

Xatırladaq ki, jurnalist "Azadlıq"ı məhkəməyə verməsinin səbəbi kimi qəzetin "Haqqın.az" saytının daimi yazarı Rauf Kərimlinin məqaləsində istifadə olunan adi "Məmmədovlar və Həsənovlar" ibarəsini guya E.Fətullayevin adından Prezident Administrasiyasının şöbə müdirləri Əli Həsənov və Novruz Məmmədova qarşı ittiham kimi qələmə verib.


AzNews.az