Bakıda tıxac dəhşəti; yollar bağlandı

8 Noyabr 2013 08:23 (UTC+04:00)
Həftənin son iş günündə paytaxt yollarında uzun tıxaclar yaranıb.

AzNews.az xəbər verir ki, hazırda Nobel prospektində hərəkət dayanıb. Bundan başqa Zığ yolunda da nəqliyyatın hərəkətində ciddi problemlər var.

Yolda tıxacın yaranmasının bir səbəbi də "Azərsu"nun yolda hərəkət zolağı boyunca qazıntı işlər aparmasıdır.

AFFA-nın binası qarşısından başlayan qazıntı işləri yolda nəqliyyatın hərəkətini çətinləşdirib.

Bundan başqa Badamdar küçəsi, Babək prospekti, Bakı-Sumqayıt şosesi, akademik Ziya Bunyadov küçəsində də tıxac yaranıb.

AzNews.az