20-ci sahədə sərnişin avtobusu qəzaya uğradı

8 Noyabr 2013 09:20 (UTC+04:00)
Bu gün Bakı şəhərinin Səbail rayonu ərazisində zəncirvarı yol qəzası baş verib. Lent.az-ın verdiyi məlumata görə, 20-ci Sahə adlanan ərazidə "VAZ 2106", "Daewoo" markalı sərnişin avtobusu və "Shacman" markalı yük avtomobili toqquşub. Qəza nəticəsində hər üç nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisədən sonra ərazidə tıxac yaranıb və Bakıdan cənub istiqamətində çıxmaq istəyən avtomobillər 1 saata yaxın yolda gözləməli olub.

Hadisə yerinə yol polisi əməkdaşları gəlib və araşdırmalara başlanılıb.

AzNews.az