Beynəlxalq Avtovağzalda 25 yaşlı qadını döydülər

8 Noyabr 2013 10:19 (UTC+04:00)
Ötən gün Bakının Binəqədi rayonu ərazisində Bakı Beynəlxalq Avtovağzalda qadınların iştirakı ilə dava düşüb.

Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsindən anspress-ə verilən məlumata görə, davada bir neçə qadın və kişi saxlanılıb. Onların izahatları alınıb və buraxılıblar.

Davanın uşağın yerə zibil atması üstündə yarandığı bildirilir. Belə ki, azyaşlı uşaq əlindəki zibili yerə atıb. Kənarda dayanan qadın ona irad bildirib. Uşağın anası isə iradı qəbul etməyib. Nəticədə mübahisə yaranıb. Mübahisə böyüyüb və davaya keçib.

Dava zamanı 25 yaşlı Ruhəngiz Səlimova adlı qadın döyülüb. Onun sağ əli sınıb. Qadın xəstəxanaya yerləşdirilib.

AzNews.az