Atatürkün məzarının görüntüləri yayıldı - VİDEO

8 Noyabr 2013 10:30 (UTC+04:00)

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarının indiyə qədər yayımlanmayan görüntüləri yayımlanıb. Məzarın olduğu otaqdan indiyə qədər bəzi fotolar olsa da, ilk dəfə olaraq videogörüntülər yayımlanıb.

Məzarın olduğu otağa böyük qapı açılır. Bu otaq ziyarətçilər üçün bağlıdır. Otağın yeri və divarları qara, ağ və qırmızı mərmərlə örtülüb. Mərmər sandığın ətrafında 81 bölgədən, Selanikdəki Atatürk evindən, türk şəhidliyindən, Kiprdən və Süleyman Şahın məzarından gətirilən torpaqların saxlandığı vazalar var.

Məzar otağının görüntüləri Genəl Kurmay Başqanlığı tərəfindən yayılıb.

Elnur
AzNews.az