İğdır valiliyində Naxçıvan müzakirəsi - Foto

8 Noyabr 2013 11:39 (UTC+04:00)
Türkiyənin Naxçıvandakı yeni təyin olunmuş baş konsulu Alirza Akınçı Iğdır valisi Əhməd Pekinlə görüşüb.


AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı, dostluq və qonşuluq əlaqələrinin daha da genişləndirilməsi üçün sosial, mədəni və iqtisadi sahələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Ziyarətdən məmnun olduğunu bildirən Qubernator Əhməd Pek, baş konsula yeni vəzifəsində uğurlar arzulayıb.

Elman
AzNews.az